Yonhap Rusiya–Çin–Şimali Koreya görüşünü tarixi adlandırdı - ÖZƏL
3 Sentyabr 10:37 DünyaCənubi Koreyanın "Yonhap" agentliyi Rusiya, Çin və Şimali Koreya liderlərinin Pekində keçirilən hərbi paradda birgə iştirakını tarixi hadisə adlandırıb. Olaylar.az xəbər verir ki, məlumata görə, Vladimir Putin, Si Cinpin və Kim Çen In paradın keçirildiyi Tyananmen meydanında yüksək qonaqlar üçün nəzərdə tutulmuş tribunada yanaşı dayanaraq mərasimləri izləyiblər. "Qara kostyum və qızılı qalstukda olan Kim Çen In, Si Cinpin və Putinlə birgə tribunada yer aldı. Bu, Çin, Rusiya və Şimali Koreya arasında həmrəyliyi göstərən tarixi an kimi dəyərləndirilir", - deyə agentlik yazıb. "Yonhap" qeyd edir ki, üç ölkə liderlərinin belə formatda bir araya gəlməsi 66 ildən sonra ilk dəfə baş verib. Sonuncu dəfə 1959-cu ildə Tyananmen meydanında Nikita Xruşşov, Mao Tszedun və Kim İr Sen birlikdə iştirak etmişdilər. Agentliyin məlumatına görə, Putin, Si və Kim Çen In parad başlamazdan əvvəl birlikdə yeriyərək söhbət edib və səmimi şəkildə gülümsəyiblər. Cənubi Koreyada xüsusi vurğulanır ki, bu, Kim Çen Inın çoxillik hakimiyyəti dövründə ilk dəfədir ki, beynəlxalq çoxşaxəli diplomatik tədbirdə iştirakı ilə yadda qalıb.