Rusiya Ukraynada 9 şəhərə ZƏRBƏ ENDİRDİ: 30 min ev işıqsız qaldı
3 Sentyabr 10:34 DünyaUkrayna ötən gecə Rusiyanın kütləvi raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Olaylar.az xəbər verir ki, partlayışlar Kiyev, Lutsk, Lvov, Çernivtsi, Vinnitsa, Çerniqov, İvano-Frankivsk, Rovna və Zaporojye vilayətlərində qeydə alınıb.
Məlumata görə, Çerniqov vilayətində infrastruktur obyektinə endirilən zərbə nəticəsində Nijin rayonunda 30 mindən çox ev işıqsız qalıb.
İvano-Frankivsk vilayətində də infrastruktur obyektinə hücum edilib. Havanın çirklənməsi ilə bağlı Kaluş sakinlərinə uşaqları məktəb və bağçalara göndərməmək tövsiyə olunub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında ölkə ərazisinə 3 raket və 69 PUA göndərilib. Ümumilikdə isə 502 pilotsuz təyyarə, 16 "Kalibr" və 8 "X-101" raketi ilə hücum həyata keçirilib.
Rəsmi açıqlamaya əsasən, zərbələr 14 yerdə qeydə alınıb, vurulan hava hədəflərinin qalıqları isə əlavə olaraq daha 14 ərazidə dağıntılara səbəb olub.