Ukrayna ordusunda panika: Hökumət açıqlama yaydı
3 Sentyabr 07:19 DünyaUkrayna hakimiyyəti səfərbərlik üçün minimum yaş həddini aşağı salmağı planlaşdırmır.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbər müavini Pavlo Palisa "Obşçestvennoye" telekanalına müsahibəsində deyib.
O bildirib ki, hazırda səfərbərlik yaşının azaldılması nəzərdə tutulmur və təmas xəttindəki vəziyyətin ağırlığı nəzərə alınaraq bu məsələ müzakirə mövzusu deyil.
Palisanın sözlərinə görə, yalnız 18 yaşdan yuxarı kişilərin səfərbər olunması planlaşdırılır.
Qeyd edək ki, avqustun 28-dən etibarən Ukrayna 18-22 yaş arası kişilərin ölkəni tərk etməsinə icazə verib. İlk çağırışçılar artıq ölkəni tərk edib və bunun üçün onlara kağız və ya elektron formada hərbi qeydiyyat sənədi tələb olunur. Baş nazir Yuliya Svırıdenko bildirib ki, yeni qaydalar xaricdə olan gənclərə də şamil edilir.