Trampın sərvəti bir gündə 5 milyard dollardan çox artıb
2 Sentyabr 23:01 DünyaWLFI tokeninin buraxılmasından cəmi bir gün sonra ABŞ Prezidenti Donald Trampın sərvəti 5 milyard dollardan artıq yüksəlib.
Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata əsasən, Tramp ailəsinin yeni kriptovalyutası ilə birjada alqı-satqı əməliyyatlarına start verildikdən sonra Ağ Ev rəhbərinin sərvəti ona məxsus bütün daşınmaz əmlakın dəyərini ötüb.
Beləliklə, Trampın birgünlük gəliri onun indiyədək bütün həyatı boyu əldə etdiyi qazancı geridə qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31