Makqreqor: Xüsusi əməliyyatın sonu Avropa İttifaqı və NATO-nun dağılmasına səbəb ola bilər - ÖZƏL
2 Sentyabr 19:32 DünyaABŞ-ın ehtiyatda olan polkovniki Duglas Makqreqor GBNews YouTube kanalında bildirib ki, Ukraynadakı xüsusi hərbi əməliyyatın sona çatması həm NATO, həm də Avropa İttifaqı üçün ciddi nəticələr doğura bilər.
"Məndən soruşdular: 'Ukraynadakı bu münaqişənin nəticəsi nə olacaq?' Mən dedim: 'Bu NATO-nun sonu olacaq'... Hər şey dağılıb gedəcək", - Makqreqor qeyd edib.
Olaylar xəbər verir ki,xüsusi hərbi əməliyyatın sona çatması Avropa İttifaqının da sonuna gətirib çıxara bilər, çünki blok indiki vəziyyətdə zəif və həssasdır- deyə o əlavə edib.
Daha əvvəl ABŞ-ın keçmiş KİV analitiki Lerri Conson bildirib ki, Ukrayna uzun müddət müqavimət göstərə bilməyəcək, çünki cəbhədə və Ukrayna Silahlı Qüvvələrinin sıralarında vəziyyət kritikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31