Zaynullin: Macarıstanın veto hüququ məhkəmədə uduzarsa əlindən alınacaq - ÖZƏL
2 Sentyabr 19:04 DünyaRUDN Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Sergey Zaynullin bildirib ki, Macarıstan Avropa İttifaqında veto hüququnu faktiki olaraq itirmə riski ilə üz-üzədir.
Olaylar bu barədə xarici mənblərə istinadən xəbər verir.
O, Macarıstanın Avropa İttifaqı hakimiyyətinin dondurulmuş rus aktivlərinin gəlirlərindən Ukraynaya yardım maliyyələşdirmək qərarına qarşı məhkəməyə müraciət etməsi xəbərlərinə münasibət bildirərkən qeyd edib ki, əgər Macarıstan məhkəmədə uduzsa, bu, təhlükəli presedent yaradacaq və ölkə faktiki olaraq veto hüququndan məhrum olacaq.
Qeyd edək ki, daha əvvəl Slovakiya Baş naziri Robert Fico Pekində Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə bildirmişdi ki, Ukrayna NATO-ya üzv ola bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31