Ərdoğan: Moskva və Kiyev danışıqların yeni mərhələsinə hazır deyil - ÖZƏL
2 Sentyabr 18:39 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya və Ukrayna arasında aparılan danışıqların səviyyəsi tədricən artırılmalıdır.
Olaylar xəbər verir ki, Moskva və Kiyev hələlik bu istiqamətdə İstanbuldakı dialoqu davam etdirməyə hazır olmadığını Ərdoğan vurğulayıb.
"Biz danışıqların səviyyəsinin mərhələli şəkildə yüksəldilməsini istərdik. Sülh ümidlərini konkret nəticələrə çevirmək lazımdır. Bunun üçün məsələ liderlər səviyyəsində həll olunmalıdır", - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin Ukrayna münaqişəsinin həlli ilə bağlı Vladimir Putin və Vladimir Zelenskinin yanaşmalarını müsbət dəyərləndirib. Onun fikrincə, İstanbulda danışıqları davam etdirmək üçün yeni cəhd edilə bilər.
"Lakin tərəflər hələ buna hazır deyillər", - Ərdoğan əlavə edib.
Qeyd edək ki, Kreml bir gün əvvəl açıqlama verərək bildirmişdi: Ankoricdə Vladimir Putin və Donald Tramp arasında Rusiya və Ukrayna liderlərinin ikitərəfli və ya üçtərəfli görüşünün təşkili ilə bağlı heç bir razılaşma əldə olunmayıb.