Stubb: Qərb ŞƏT ölkələrinə uduza bilər - ÖZƏL
2 Sentyabr 18:29 DünyaFinlandiya Prezidenti Aleksandr Stubb Qərbin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrə uduza biləcəyindən narahat olduğunu bildirib.
Olaylar xəbər verir ki, o bunu Helsinkidə Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında söyləyib.
"Uzun müddətdir ki, ŞƏT-in fəaliyyətində Qlobal Qərbin birliyini sarsıtmaq cəhdlərini müşahidə edirik", - deyə onu Olaylar sitat gətirir.
Stubbun sözlərinə görə, Qərb daha sıx əməkdaşlıq və ya düzgün xarici siyasət yürütməlidir, o cümlədən Qlobal Cənub ölkələri ilə. Əks halda "bu oyunu uduzmaq" riski var.
Finlandiya Prezidenti həmçinin çoxqütblülük yanaşması ilə razılaşmadığını, beynəlxalq əməkdaşlıqda "çoxtərəfliliyin" tərəfdarı olduğunu qeyd edib.
Daha əvvəl Stubb bildirmişdi ki, Finlandiya 1944-cü ildə SSRİ ilə müharibədə "qələbə qazanıb".