Putin Avropaya Ukraynaya qaz və elektrik tədarükünü dayandırmağı tövsiyyə edib – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin enerji infrastrukturlarına hücumlarını şərh edərkən bildirib ki, Avropa Ukraynaya qazın revers yolu ilə, həmçinin elektrik enerjisinin tədarükünü dayandırsa, Kiyev dərhal başa düşər ki, başqa dövlətlərin maraqlarını pozmağın müəyyən sərhədləri var.

Olaylar.az xəbər verir ki, Putin bu fikirləri Slovakiyanın Baş naziri Robert Fico ilə görüşündə səsləndirib, - məlumatı TASS yayıb.

"Ukrayna Şərqi Avropadakı qonşuları vasitəsilə mühüm həcmdə enerji resursları alır. Qazın revers tədarükünü, elektrik enerjisini dayandırın və onlar dərhal anlayacaqlar ki, davranışlarının müəyyən həddi var", - deyə Rusiya lideri vurğulayıb.

Fico isə söhbət zamanı Slovakiyanın Ukraynanın neft infrastrukturlarına hücumlarına kəskin reaksiya verdiyini qeyd edib və bunu qəbuledilməz adlandırıb. O, yaxın zamanda bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə qaldırmağı planlaşdırdığını bildirib.

Putin əlavə edib ki, Rusiya uzun müddət Ukrayna hücumlarına səbrlə yanaşsa da, indi sərt cavab verir: "Buna cavab olaraq Ukrayna bizə ziyan vurmağa çalışır. Amma nəticədə həm bizə, həm də tərəfdaşlarımıza ziyan dəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31