Çexiya Prezidenti: Avropa İttifaqı hərbi potensialını gücləndirməlidir - ÖZƏL

Çexiya Prezidenti Petr Pavel Avropa İttifaqının (Aİ) öz hərbi potensialını inkişaf etdirməyə yönəlməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu addım Aİ-nin beynəlxalq arenada siyasi mövqelərini möhkəmləndirmək üçün zəruridir.
Olaylar.az xəbər verir ki, Pavel Sloveniya şəhəri Bleddə keçirilən forumda çıxışı zamanı qeyd edib: "Əgər biz Avropa İttifaqı olaraq Avropa həyat tərzini qorumaq istəyiriksə, öz hərbi potensialımızın inkişafına diqqət yetirməliyik. Bu, beynəlxalq arenada siyasi arqumentlərimizi dəstəkləmək üçün vacibdir. Həmçinin üzv dövlətlərin daha yaxşı və dərin inteqrasiyasını düşünməliyik ki, vahid səs ilə danışa bilək." Prezident əlavə edib ki, Avropa üçün daxili bazarın maksimum effektiv şəkildə yaradılması uğurla tamamlanmalıdır və bu, dəyişən dünyada Aİ-nin mövqeyini gücləndirəcək. Hazırkı vəziyyəti isə qeyri-sabit adlandıran Pavel, ABŞ-nin müdafiəsinə güvənən Avropalıların daha çox sosial və iqtisadi proqramlara fokuslandığını, öz təhlükəsizliyini isə ikinci plana atdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31