Hindistan ABŞ ilə ticarət sazişi üzrə danışıqlar aparır – ÖZƏL

Hindistan ABŞ ilə ikitərəfli ticarət sazişinin (BTA) imzalanması ilə bağlı danışıqlar aparır. 

Olaylar.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye naziri Piyuş Goyal Hindustan Times-a açıqlamasında bildirib. Nazir qeyd edib ki, Vaşinqtonun Hindistandan idxal olunan məhsullara qarşı Rusiya neftinin alışı səbəbindən tətbiq etdiyi əlavə rüsumlardan sonra danışıqlar daha da aktuallaşıb.

"Biz ABŞ ilə azad ticarət sazişi (BTA) üzrə dialoq aparırıq", - deyə Goyal dayanıqlı inkişafa həsr olunmuş sənaye palatasının tədbirində vurğulayıb.

Məlumata görə, Hindistan və ABŞ mart ayından bəri bu istiqamətdə danışıqlar aparır və indiyədək beş raund yekunlaşıb. Lakin 27 avqustdan etibarən ABŞ tərəfindən Hindistan mallarına 50 faizlik gömrük rüsumu tətbiq edildikdən sonra, ABŞ nümayəndə heyəti 25 avqusta planlaşdırılan növbəti raundda iştirak etmək üçün Hindistana səfərini təxirə salıb.

Hazırda altıncı raundun keçirilməsi üçün yeni tarix müəyyən edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31