Tramp: Nobel mükafatı arzum deyil - ÖZƏL
2 Sentyabr 2025 12:22 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, onun Nobel Sülh Mükafatı almaq arzusu yoxdur.
Olaylar.az xəbər verir ki, "The Daily Caller" portalının jurnalistinin sualına cavab verən Tramp qısa şəkildə "Xeyr" deyib. Onun sözlərinə görə, o, yalnız özünə və xidmətlərinə ədalətli yanaşılmasını istəyir. Tramp iddia edib ki, ikinci prezidentlik müddətinin əvvəlindən bəri onun sayəsində dünyanın müxtəlif bölgələrində yeddi münaqişə dayandırılıb və qarşısı alınıb. "Heç kimin edə bilmədiyini mən etdim. Amma necə var, elə də var", - deyə ABŞ prezidenti qeyd edib.
Xatırladaq ki, avqust ayında NBC telekanalı Ağ Evdəki mənbəyə istinadən xəbər yaymışdı ki, Tramp Nobel Sülh Mükafatını çox istəsə də, bunun mümkün olacağına inanmır. Daha əvvəl Norveç mediası da yazmışdı ki, ABŞ prezidenti bu mükafatla bağlı Norveçin maliyyə naziri, NATO-nun sabiq baş katibi Yens Stoltenberqlə əlaqə saxlayıb. Ağ Evin nümayəndəsi Trampın Stoltenberqlə danışığını təsdiqləsə də, söhbətin mövzusunu açıqlamamışdı.