Paşinyanın oğlu Milli Rəsm Qalereyasında işləmək istəyir – ÖZƏL

Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Milli Rəsm Qalereyasında işə qəbul olunmaq üçün müraciət edib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Aşot Paşinyan qalereyada bələdçi kimi çalışmaq istəyir. O, son illərin yeni tanınan rəssamlarından biridir və ilk sərgisi iki il əvvəl keçirilib. Hərbi xidmətdən sonra təhsilini yarımçıq qoyan Aşot bir müddət pivə satıcısı işləyib, daha sonra rəssamlıqla məşğul olmağa başlayıb.

Qəzet yazır ki, o, əsasən ailəsindən ayrı yaşayır və son vaxtlar Ararat vilayətinin kəndlərindən birində məskunlaşıb. Qalereyaya iş müraciətini isə cəmiyyətə dövlət büdcəsindən deyil, şəxsi gəliri hesabına dolandığını göstərmək məqsədi daşıdığı güman olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31