Kobaxidze: Bu il BMT-də Gürcüstanı Kavelaşvili təmsil edəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, bu il BMT Baş Assambleyasında ölkəni deputat Mixeil Kavelaşvili təmsil edəcək.

Hökumət başçısı jurnalistlərə açıqlamasında qeyd edib ki, Gürcüstan prezidentinin Nyu-Yorka səfəri tamamilə düzgün addımdır. Kobaxidze vurğulayıb ki, hazırda ölkədə seçki prosesi davam edir və o, qərargah rəhbəri kimi birbaşa seçki kampaniyasına cəlb olunduğu üçün BMT tədbirində iştirak edə bilmir.

"Bütün bu səbəblərə görə hesab edirəm ki, bu il BMT tədbirində iştirak üçün ən uyğun şəxs Mixeil Kavelaşvili olacaq. Prezidentin Nyu-Yorka səfəri isə tamamilə doğrudur", - deyə Kobaxidze əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31