Çin və Rusiya enerji, süni intellekt və digər sahələrdə əməkdaşlıq sənədləri imzalayıb - ÖZƏL

Pekin və Moskva arasında yüksək səviyyəli danışıqların nəticəsi olaraq 20-dən çox əməkdaşlıq sənədi imzalanıb. Olaylar.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, sənədlər energetika, süni intellekt və digər strateji sahələri əhatə edir.
Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Pekində baş tutan görüşdə sənədlərin imzalanmasına şahidlik ediblər. Müqavilələr həmçinin aerokosmik sənaye, kənd təsərrüfatı, səhiyyə, elmi tədqiqatlar, təhsil və KİV sahələrində də əməkdaşlığı nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31