Rusiya və Çin 20-dən çox əməkdaşlıq sənədi imzaladı – ÖZƏL

Rusiya və Çin Pekində keçirilən danışıqların nəticəsi olaraq 20-dən çox ikitərəfli əməkdaşlıq sənədi imzalayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə RIA Novosti Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.

Məlumata görə, sənədlər energetika, aerokosmik sənaye, süni intellekt, kənd təsərrüfatı, yoxlama və karantin nəzarəti, səhiyyə, elmi tədqiqatlar, təhsil və media sahələrini əhatə edir.

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin bu çərşənbə axşamı Pekində baş tutan danışıqlarda iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31