Tramp haqqında yayılan xəbərlərə münasibət bildirdi

ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.

Olaylar xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkə hesabında yazıb.

ABŞ lideri bildirib ki, özünü indi həmişəkindən daha yaxşı hiss edir.

"Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm", - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, avqustun 30-da sosial şəbəkə istifadəçiləri arasında Trampın guya ölümü ilə bağlı şayiələr yayılmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31