Qərb liderləri ŞƏT sammitini görməzdən gələrək səhv edirlər - ÖZƏL
1 Sentyabr 20:59 DünyaOlaylar xəbər verir ki, Britaniyanın "Independent" nəşri yazır ki, Qərb bu həftə Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitini görməzdən gəlməklə böyük səhv edir.
Məqalədə bildirilir:
"Lakin Qərb üçün bu həftə Çində baş verənləri görməzdən gəlmək böyük səhv olardı... Göndərilən çoxsaylı siqnallara qulaq asmaq lazımdır," - deyə qeyd olunur.
"Siqnallar" arasında Rusiya Prezidenti Vladimir Putinin rolu xüsusilə vurğulanıb. Məqalədə bildirilir ki, Rusiya lideri "Tianjin şəhərində baş beynəlxalq liderlərdən biri kimi yerini alacaq."
Həmçinin, məqalədə Rusiya və Çin arasında güclü tərəfdaşlıq diqqətə çatdırılıb. Müəllifin fikrincə, ŞƏT sammiti göstərir ki, 20-dən çox dövlətin liderləri Qərbin iştirakı olmadan ölkələrin gələcəyi barədə dialoq aparmağa hazırdırlar.
Eyni zamanda, "Military China" nəşri yazıb ki, Putinin ŞƏT sammitinə səfəri Qərbə Rusiya və Çinin birliyi və qətiyyətini nümayiş etdirir.
İbrahim Məmmədli