Belçikada müsəlman rəsmidən tənqidçilərə sərt mesaj: "Çıxın!" - ÖZƏL
1 Sentyabr 20:24 DünyaBrüsselin Molenbeek sabiq meri açıqlamalarının yalnız ksenofob insanlara yönəldiyini bildirib.
Olaylar xəbər verir ki, Belçikanın Molenbeek bölgəsinin sabiq icraçı meri Saliha Raiss, müsəlman baş örtüyü geyinənlərə qarşı çıxan tənqidçilərinə "ölkədən çıxın" deməsi ilə bağlı yayılan videoya münasibət bildirib. Raiss sözlərinin kontekstdən çıxarıldığını və yalnız irqçi və ksenofob insanlara yönəldiyini vurğulayıb.
Videoda Raiss belə deyir: "Əgər baş örtükləri sizi bu qədər narahat edirsə, bizi görmək istəmirsinizsə, gedin... Başqa yerə köçün, çıxın!"
MR partiyasının lideri Georges-Louis Bouchez və bir çox sosial media istifadəçiləri bu açıqlamaları tənqid edib, irqçilik və "yeni mədəni norma tətbiqi" kimi qiymətləndiriblər. Lakin Raiss bildirib ki, sözləri bütün Belçikalılara deyil, yalnız irqçi və ksenofoblara yönəlib.
O, RTL-ə açıqlamasında əlavə edib: "Heç peşman deyiləm. Mənim şərhlərim kontekstdən çıxarılıb... Mən yalnız irqçi və ksenofob insanları hədəf almışdım, ölkəmizin və şəhərimizin bütün vətəndaşlarına qarşı deyil."
İbrahim Məmmədli