Peskov Rusiyanın Çindəki nümayəndə heyətinin əhval-ruhiyyəsini "mübariz" və "işçi" adlandırıb - ÖZƏL

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çində keçirilən işgüzar görüşlərdə Rusiya nümayəndə heyətinin əhval-ruhiyyəsi ilə bağlı fikir bildirib.

Olaylar xəbər verir ki, Peskov əhval-ruhiyyəni belə xarakterizə edib: "Çox işgüzar, mübarizdir, iş davam edir."

Peskov əlavə edib ki, sentyabrın 1-nə Rusiya lideri Vladimir Putinin İran prezidenti Məsud Pezeşkian və Nepal prezidenti Ram Çandra Paudel ilə görüşləri planlaşdırılıb.

Bundan əvvəl Putin ŞƏT sammiti çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emoməli Rəhmon ilə qısa söhbət edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31