Putin Nepala səfər barədə düşünməyə söz verib - ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Nepal səfərini nəzərdən keçirəcəyini bildirib.

Olaylar xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Nepalın Baş naziri Şarma Olidən ölkəyə rəsmi dəvət aldıqdan sonra bu imkanı nəzərdən keçirəcəyini açıqlayıb.

"Bu təklifdən istifadə edəcəyəm, ölkənizi - Nepalı ziyarət etməyi düşünəcəyik", - deyə Putin Oli ilə görüşdə səslənən dəvətə cavab verib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Nepalın Baş nazirini Rusiyada onun üçün münasib olan istənilən vaxt görməkdən məmnun olacaqlar.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31