Aİİ çərçivəsində əməkdaşlıq İran və Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafını sürətləndirə bilər - Pezeşkian

Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq İran və Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafını sürətləndirə bilər.

Bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

Onun sözlərinə görə, İran və Rusiya arasında uzunmüddətli hərtərəfli strateji əməkdaşlıq sazişi ikitərəfli əməkdaşlığın inkişafına şərait yaradıb.

Pezeşkian deyib ki, İran üçün Rusiya ilə davamlı qarşılıqlı əlaqələr prosesi çox dəyərlidir.

"Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq dairələr çoxtərəflilik ideyasının irəlilədilməsi üçün münasib bazadır", - deyə o qeyd edib.

Görüşdə Rusiya prezidenti Vladimir Putin də bildirib ki, İran və Aİİ arasında sərbəst ticarət sazişinin icra olunması iki ölkənin ticarət əməkdaşlığının artmasında diqqəti cəlb edəcək rola sahib olacaq.

Putin əlavə edib ki, iki ölkə İranın dinc nüvə proqramı haqda davamlı şəkildə qarşılıqlı əlaqələrə sahibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31