Tokayev: BMT-də islahatlardan imtina dövlətlərin təşkilata etimadını sarsıda bilər - ÖZƏL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, BMT rəhbərliyinin islahatlardan imtina etməsi ölkələrin bu təşkilata etimadını geri dönməz şəkildə zəiflədə bilər. Olaylar.az xəbər verir ki, Tokayev Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT+) formatında keçirilən sammitdə çıxışında qeyd edib: "Mövcud mürəkkəb geosiyasi reallıqlarda BMT-ni universal və müstəqil təşkilat kimi dəstəkləməliyik. Eyni zamanda, BMT-də, xüsusilə də onun əsas orqanı olan Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti yaranıb. Bu islahatın mürəkkəbliyini tam anlayırıq, amma başqa yol yoxdur. Əgər hazırkı rəhbərlikdən olan nəsil bu vəzifəni yerinə yetirməkdən imtina edərsə, bu, ölkələrin BMT-yə etimadını tamamilə və geri dönməz şəkildə sarsıda bilər", - deyə Prezident bildirib. Tokayevin çıxışı Qazaxıstan liderinin mətbuat xidməti tərəfindən yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31