Litva Avropa Komissiyasından 8 milyard avro hərbi dəstək istəyir - ÖZƏL

Litva Avropa Komissiyasının xüsusi hərbi fondu SAFE-dən (Security Action for Europe) 8 milyard avro məbləğində kredit almağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. "Üzləşdiyimiz təhdidlər realdır. Təhlükəsizliyimizin gücləndirilməsi üçün tələb olunan investisiyalar təxminən 8 milyard avrodur", - deyə prezident qeyd edib. Nauseda Litvanın Rusiya və Belarusla sərhədinin AK-nın xarici sərhədi olduğunu xatırladıb və bu sərhədin qorunmasının Avropa ölkələrinin təhlükəsizliyini təmin edən amil olduğunu vurğulayıb. Fon der Leyen isə 29 avqust - 1 sentyabr tarixlərində AK-nın "cəbhə yaxınlığı" ölkələrinə səfər edir. Onun səfəri çərçivəsində yayılan bəyanatlar, əsasən, Rusiyanın mövcud olduğu iddia edilən təhlükəyə dair narahatlığı artırmaq və AK ölkələrini yeni yeddi illik büdcə planını dəstəkləməyə inandırmaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31