Gürcü deputat: “Vahid Milli Hərəkat siyasətdə mövcud olmamalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin "Xalqın Gücü" fraksiyasının deputatı, müvəqqəti istintaq komissiyasının üzvü Quram Maçarashvili bildirib ki, altı ay ərzində aparılan araşdırmalar "Vahid Milli Hərəkat" partiyasının və onun filiallarının Gürcüstan siyasətində mövcud olmaması üçün kifayət qədər dəlil ortaya qoyub.

Deputat qeyd edib ki, komissiyanın yekun rəyinin parlamentin iclasında ictimaiyyətə təqdim olunacağı gözlənilir:
"Altı ay ərzində Gürcüstan cəmiyyəti kifayət qədər sübut gördü ki, 'Milli Hərəkat' və onun törəmələri siyasətdə olmamalıdır. Bizim hazırlayacağımız hesabat da bunu bir daha təsdiqləyəcək. Ümid edirəm ki, Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddiadan sonra məsələ çox müzakirəyə ehtiyac duymayacaq".

Maçarashvili əlavə edib ki, Strasburq Məhkəməsi belə qurumların yaratdığı rejimləri cinayətkar adlandırıb və bu da onların siyasi fəaliyyətinə yol verilməməsinin əsas səbəblərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31