Putin: Alyaskada Tramp ilə əldə olunan razılaşmalar Ukrayna nizamlanmasına töhfə verə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ümid etdiyini bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə Alyaskada keçirilən görüşdə əldə olunan "anlaşmalar" Ukraynadakı münaqişənin həllinə kömək edəcək.

"Biz Çin, Hindistan və digər strateji tərəfdaşlarımızın Ukrayna böhranının həllinə yönəlmiş səylərini və təkliflərini yüksək qiymətləndiririk. Alyaskada keçirilən son Rusiya-ABŞ sammitində əldə olunan anlaşmaların da bu istiqamətdə irəliləyişə səbəb olacağına, Ukraynada sülh yolunu açacağına ümid edirəm", - deyə Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31