ŞƏT ölkələri təhlükəsizlik təhdidlərinə qarşı Universal Mərkəz yaradacaq - ÖZƏL
1 Sentyabr 2025 11:30 DünyaTiençində keçirilən sammitdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə mühüm qərar qəbul ediblər. Olaylar.az xəbər verir ki, sammitin yekun bəyannaməsinə əsasən, təşkilat üzvləri Təhlükəsizlik Təhdidlərinə Qarşı Universal Mərkəzin və Antinarkotik Mərkəzin yaradılması barədə saziş imzalayıblar. Bununla yanaşı, təhlükəsizlik sahəsində Strateji Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsü də üzv ölkələr tərəfindən müsbət qarşılanıb.
Bəyannamədə vurğulanır ki, ŞƏT ölkələri dayanıqlı sülhün təminatına tərəfdardır və həmənənəvi, həm də yeni təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəni davam etdirəcəklər. Sənəddə qeyd olunur:
"Dövlətlər terrorizm, separatizm və ekstremizmlə, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı və digər transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizəni davam etdirməkdə qərarlıdır". Həmçinin bildirilib ki, ŞƏT ölkələri 2025-2027-ci illər üçün qəbul olunmuş "Terrorizm, separatizm və ekstremizmə qarşı əməkdaşlıq proqramı"nın həyata keçirilməsini fəal şəkildə davam etdirəcəklər.