Rusiyanın Avstraliyadakı konsulluğuna hücum olub
1 Sentyabr 10:58 DünyaAvstraliyanın Sidney şəhərində bir kişi avtomobilini Rusiya konsulluğunun qapısına vurub.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, sürücünün həbsi zamanı bir polis əməkdaşı yaralanıb.
Məlumata görə, yerli vaxtla səhər saat səkkiz radələrində avtomobil binanın yaxınlığında dayanıb, bundan sonra polis sürücü ilə danışmağa çalışıb. Bu zaman o, maşını düz darvazalara vurub.
Sükan arxasında olan şəxs saxlanılıb. Onun 39 yaşı var, əməlinin səbəbləri hələlik açıqlanmayıb.
Polis əməkdaşlarından biri əlindən xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31