Şanxay Əməkdaşlıq Təşkilatı BMT-nin islahatını zəruri sayır - ÖZƏL

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının (BMT) müasir dövrün çağırışlarına uyğunlaşdırılması üçün islahatların keçirilməsinin vacibliyini bəyan ediblər.
Olaylar.az xəbər verir ki, təşkilatın dövlət başçılarının qəbul etdiyi Tiencin Bəyannaməsində qeyd olunur ki, BMT hazırkı siyasi və iqtisadi reallıqlara adaptasiya olunmalı, inkişaf etməkdə olan ölkələrin idarəetmə strukturlarında təmsilçiliyi təmin edilməlidir. Sənəd, İkinci Dünya müharibəsinin başa çatmasının və BMT-nin yaranmasının 80 illiyi ilə bağlı qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31