Pezeşkianla Paşinyanın söhbəti sərt keçib – “İran lideri deyib ki…”

"İrandan dəhlizlə bağlı iki cür qiymətləndirmə eşidirik. Məsələn, ali rəhbər qanadı çox sərt mövqe bildirib. İran Prezidenti isə bunun dəhliz deyil, tranzit marşrutu olduğunu deyir".

Olaylar.az xəbər verir ki, bunu "HayaQue" Teleqram yazıb.

"İranı əslində prezident deyil, ali dini lider idarə edir. Ona görə də Prezidentin sonda öz mövqeyini dəyişəcəyi və ali liderin yanaşmasına uyğunlaşdıracağı istisna deyil.

Məlumat var ki, Paşinyanla Pezeşkian arasında söhbət kifayət qədər sərt keçib. Paşinyana onları aldatmamağa çağırıblar, çünki bu, hansısa ticarət məsələsi deyil. Deyilib ki, hətta ABŞ-ın bir silahlı nümayəndəsi də bura girsə, bu, artıq İran üçün problemdir. Yeri gəlmişkən, bu, İran tərəfinin mesajlarında var, Ermənistan hökumətinin yaydığı mesajlarda yoxdur", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31