Husilər BMT ofisinə basqın etdi: azı 11 nəfər…

Husilər BMT-nin Ümumdünya Ərzaq Proqramının Sənadakı ofisində axtarışlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, axtarışlar nəticəsində azı 11 nəfər saxlanılıb.

Adının açıqlanmasını istəməyən Husi rəsmisi bildirib ki, təkcə BMT ofisi deyil, UNİSEF-in ofisinə də basqın edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31