Honq-Konqda narkotik alverçilərinə qarşı əməliyyat: 400-dən çox adam saxlanıldı
1 Sentyabr 08:37 DünyaÇinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin polisi narkotik alverçilərinə qarşı mübarizə üçün yeddi həftəlik genişmiqyaslı xüsusi əməliyyatı başa çatdırıb.
Teleqraf verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Polisdəki mənbələrə istinadən yayılan məlumata görə, ən kiçiyinin 13 yaşı olan 418 nəfər saxlanılıb.
Əməliyyat zamanı 338 kilo müxtəlif növ narkotik vasitə götürülüb. Polis 11-i azyaşlı və 6-sı qız olmaqla, 13-73 yaş arasında olan 328 kişi və 90 qadını həbs edib.
"Araşdırma göstərdi ki, bəzi alverçilər məsuliyyəti onların üzərinə yıxmaq istəyərkən cüzi bir mükafat müqabilində gəncləri narkotik alverinə cəlb ediblər", - deyə hüquq-mühafizə orqanlarındakı mənbələr qeyd ediblər.
Polisdən əməliyyatların davam etdiriləcəyi bildirilib.