HƏMAS girovları “canlı qalxan” kimi istifadə edəcəyini açıqlayıb
13:04 DünyaHƏMAS-ın sözçüsü Əbu Ubeidə İsrail ordusunun Qəzzada mümkün hücum əməliyyatı zamanı girovların döyüşçülərlə birlikdə saxlanılacağını bildirib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu halda İsrail ordusu "qanla cavab verəcək" və hökumət hər bir girovun ölümü üçün məsuliyyət daşıyacaq.
Əbu Ubeidə qeyd edib ki, HƏMAS girovları hərbi toqquşmalar zamanı öz silahlılarının yanında saxlayacaq və bu səbəbdən də İsrailin planlaşdırdığı yeni əməliyyat onların həyatını birbaşa təhlükəyə atır.
Qeyd edək ki, bu bəyanat İsrail ordusunun Qəzzanın mərkəzində iki girovun meyitini aşkar edərək ölkəyə qaytardığını açıqlamasından sonra səslənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31