Avropa müdafiəsində nüvə rolu və Ukraynaya dəstək paketləri gündəmdə

Fransa və Almaniya Tülon şəhərində Avropanın müdafiə strategiyası ilə bağlı yeni danışıqlar aparıb. 

Olaylar.az xəbər verir ki, Politico-nun məlumatına görə, görüşdə Parisin nüvə arsenalının qitənin təhlükəsizlik arxitekturasında mühüm element olduğu vurğulanıb.

Bundan əlavə, tərəflər JEWEL adlı yeni erkən xəbərdarlıq sisteminin işə salındığını elan ediblər. Layihənin əsas məqsədi raket hücumları barədə vaxtında xəbərdarlıq mexanizmlərini gücləndirməkdir.

Eyni zamanda, 2023-2030-cu illərdə müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması, Ukraynaya əlavə dəstək paketi, hava hücumundan müdafiə sistemlərinin göndərilməsi, silah tədarükü və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31