Peter Siyarto: Macarıstan sülhə mane olan heç bir qərarı dəstəkləməyəcək
12:10 DünyaMacarıstan Avropa İttifaqının (Aİ) Ukraynada hərbi əməliyyatlara dair qərarını, eləcə də münaqişənin sülh yolu ilə həllinə mane ola biləcək hər hansı digər təşəbbüsü dəstəkləməyəcək.
Olaylar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Düşünürəm ki, bu gün də müharibəyə dəstək məqsədi daşıyan təzyiqlərlə bir növ "sunami" ilə üzləşəcəyik. Onlar bizim sülhü dəstəkləyən mövqeyimizi dəyişməyə çalışacaqlar. Bəzi Aİ ölkələri Ukraynaya yeni maliyyə yardımı və silah tədarükünü təşviq etmək niyyətindədir. Onlar Ukraynanı Aİ-yə sürətlə inteqrasiya etdirməyə çalışırlar.
Aİ-nin Ukraynada hərbi əməliyyatda iştirakı ilə bağlı qərar qəbul etmək istəyirlər. Amma biz, Macarıstan olaraq, nə bu istiqamətdə, nə də sülh prosesinə zərər verə biləcək digər istənilən qərarı dəstəkləməyəcəyik", - deyə o vurğulayıb.