Kallas: Aİ ölkələri Qəzza faciəsinə görə İsrailə sanksiya tətbiq etməyə hazır deyil

Avropa İttifaqı ölkələri İsrailin Qəzzadakı hərəkətlərinə görə hətta ən yüngül sanksiyaları qəbul etməkdə çətinlik çəkirlər.

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin ali diplomatı Kaya Kallas Kopenhagendə keçirilən Aİ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hətta Avropa Komissiyasının təklif etdiyi ən yumşaq variant - İsrailin Horizon elmi-tədqiqat proqramından kənarlaşdırılması məsələsində də üzv dövlətlər arasında konsensus yoxdur.
Kallas vurğulayıb: "Bu gün biz dəqiq heç bir qərar qəbul etməyəcəyik. Bu isə onu göstərir ki, biz bölünmüşük və vahid mövqedən danışa bilmirik".

Diplomat əlavə edib ki, Kopenhagendəki görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin də qəbul olunmayacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31