ABŞ-də qeyri-qanuni miqrantlara qarşı əməliyyatlar gücləndiriləcək - ÖZƏL
29 Avqust 14:13 DünyaABŞ-də hüquq-mühafizə orqanları Kaliforniya və Nyu-York ştatlarında qeyri-qanuni miqrantların saxlanılması əməliyyatlarını gücləndirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidmətinin (ICE) rəhbəri Tom Homan bildirib.
Homan açıqlamasında deyib: "Nyu-York, Kaliforniya, Portland, Sietl və qeyri-qanuni miqrantlara sığınacaq verən digər şəhərlərdə ICE ilə əməkdaşlıq etməyənlərə qarşı əməliyyatların sürətlə artdığını görəcəksiniz."
ABŞ Prezidenti Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib və tarixdə ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiyası əməliyyatını həyata keçirməyi planlaşdırdığını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31