Merz: Zelenski və Putin görüşü baş tutmayacaq – ÖZƏL
29 Avqust 2025 12:51 DünyaAlmaniya kansleri Fridrix Merz bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi mümkün olmayacaq.
Olaylar.az xəbər verir ki, DW-nin məlumatına görə, Merz bildirib ki, Almaniya və Fransa hökumətləri Ukraynadakı müharibəni bu reallığı nəzərə alaraq müzakirə edəcəklər:
"Prezident Zelenski və prezident Putin arasında görüşün baş tutmayacağı artıq aydındır - baxmayaraq ki, ötən həftə Vaşinqtonda biz orada olarkən Tramp və Putin arasında razılıq əldə olunmuşdu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31