Hökumət mənəm: Ermənistanın baş naziri əməkdaşlardan birini vəzifədən azad etdi
29 Avqust 12:28 DünyaErmənistan baş nazirinin aparatında beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndənin ofisinin rəhbəri Liparit Drmeyan vəzifəsindən azad olunub.
Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat verib. Müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd eədk ki, Paşinyan digər qərarla Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsu da özünə müşavir təyin edib.
Xatırladaq ki, avqustun 28-də Paşinyan onunla razılaşmayan hökumət üzvlərini istefaya çağırmışdı. "Hökumət - bu mənəm və heç kimin mənim mövqeyimə zidd rəy bildirmək ixtiyarı yoxdur. Əgər hökumətdə belə adamlar varsa, qoy ərizə yazıb getsinlər, yoxsa mən onları özüm vəzifədən azad edəcəyəm", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31