Portuqaliya Prezidenti Trampı “sovet agenti” adlandırıb – ÖZƏL

Portuqaliya Prezidenti Marselu Rebelo de Souza bildirib ki, ABŞ Prezidenti Donald Tramp hazırda Ukrayna müharibəsində Rusiyanı dəstəkləməklə "sovet agenti" kimi davranır. 

Olaylar.az xəbər verir ki, bu barədə CNN Portugal məlumat yayıb.

"Dünyanın ən böyük supergücünün lideri obyektiv olaraq sovet və ya rus agentidir. O, agent kimi hərəkət edir. Obyektiv desək, yeni amerikalı rəhbərlik strateji baxımdan Rusiya Federasiyasına üstünlük verib", - deyə Rebelo de Souza vurğulayıb.

O əlavə edib ki, Tramp yalnız bir tərəflə danışıqlar aparmaq istəyir və bu yanaşma həm Ukraynanı, həm də Avropanı prosesdən kənarda qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31