ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edir – ÖZƏL

ABŞ-nin dövlət katibi Marko Rubio hesab edir ki, Konqres prezident Donald Trampın administrasiyasına Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün təzyiq göstərəcək.

Olaylar.az xəbər verir ki, "Kapitoli təpəsindən sanksiyaların gücləndirilməsi ilə bağlı təzyiq artacaq və əgər Ukrayna münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etməsək, buna mane ola bilməyəcəyik", - deyə Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra mətbuat konfransında bildirib.

O əlavə edib ki, bəzi qanunvericilər artıq Rusiyaya qarşı daha sərt sanksiyalar nəzərdə tutan qanun layihələri irəli sürməyə başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31