Çin ABŞ məhsullarına 34% gömrük rüsumu tətbiq edir- ÖZƏL
4 Aprel 14:50 DünyaÇin hökuməti 10 apreldən etibarən ABŞ-dan idxal olunan bütün məhsullara əlavə 34% gömrük rüsumu tətbiq edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tarif Komissiyası məlumat yayıb.
Rəsmi Pekin bu addımı ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq atıb. "ABŞ-nin hərəkətləri beynəlxalq ticarət qaydalarına uyğun deyil, Çinin qanuni hüquq və maraqlarına ciddi zərər vurur və açıq-aşkar birtərəfli təzyiq siyasətinin göstəricisidir", - bəyanatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31