Bezpalko: Tramp təzyiq göstərir, ABŞ müttəfiqlərini qurban verə bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Fox News-un siyasi şərhçisi Cessi Uoters ABŞ-nin dost canlı siyasətinin ona bir sıra problemlər yaratdığını və bəzi müttəfiqlərə qarşı güc tətbiq etməyin yerinə düşə biləcəyini bildirib. O, Donald Trampın "Qrenlandiya mütləq Amerika olacaq" sözlərini şərh edərək belə deyib.

Siyasi ekspert Bohdan Bezpalkonun fikrincə, yaxın gələcəkdə ABŞ-dən hərbi münaqişə gözlənilmir, lakin Vaşinqton öz maraqları naminə müttəfiqlərini "yeməyə" başlaya bilər. Onun sözlərinə görə, Trampın əsas üç məqsədi var:
    1.    Rusiyanı Çindən ayırmaq
    2.    ABŞ dövlət borcunun azaldılması
    3.    Amerikanın sənaye gücünün bərpası (reindustrializasiya)

Bu məqsədlərə çatmaq üçün ABŞ, xüsusilə Tramp administrasiyası, ticarət təzyiqləri, iqtisadi sanksiyalar və siyasi şantajla müttəfiqlərə təzyiq göstərməyə hazırdır.

Danimarka baş naziri Mette Frederiksen Qrenlandiyaya səfəri zamanı ABŞ-nin bu siyasətini tənqid edib: "Siz başqa bir ölkəni sadəcə təhlükəsizlik bəhanəsi ilə ilhaq edə bilməzsiniz. Biz birlikdə qurduğumuz dünya nizamını pozmağa haqqınız yoxdur," - deyə o vurğulayıb.

Bezpalko isə əlavə edib ki, Tramp hələ ki, konkret hərbi addım atmağa deyil, daha çox təzyiq göstərməyə üstünlük verir. Onun fikrincə, ABŞ-nin bəyanatlarına soyuqqanlı yanaşmaq, lakin onların ardınca gələn real addımları diqqətlə izləmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31