Rusiya və Hindistan Benqal körfəzində hərbi təlimlər keçirib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Hərbi Dəniz Donanması və Hindistan Hərbi Dəniz Qüvvələri Benqal körfəzində "İndra Nevi-2025" adlı birgə hərbi təlimlər keçirib. Üç gün davam edən təlimlər çərçivəsində iki dost ölkənin dənizçiləri birgə taktiki manevrlər icra edib, şərti düşmənin pilotsuz uçuş aparatları və pilotsuz katerləri ilə mübarizə üsullarını təkmilləşdirib, həmçinin dəniz və hava hədəflərinə artilleriya atışları həyata keçiriblər.

Rusiya tərəfindən təlimlərdə Sakit Okean Donanmasının "Rəzkiy" və "Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov" kəşfiyyat korvetləri, eləcə də "Peçenqa" orta dəniz tankeri iştirak edib. Hindistan isə "Rana" esminesi və "Kurtar" korveti ilə təmsil olunub.

Təlimlər çərçivəsində ölkələrin hərbi-dəniz aviasiyası da fəal iştirak edib. Rusiya Hərbi Dəniz Qüvvələrinin Ka-27M helikopteri Hindistanın "Rana" esminesinə eniş edib, Hindistanın "Çetak" helikopterinin ekipajı isə Rusiya korvetinin göyərtəsinə yerləşdirilib.

Hazırda hər iki ölkənin gəmiləri Hindistanın Çennay limanına qayıdaraq təlimlərin nəticələrini müzakirə edir və rəsmi bağlanış mərasiminə hazırlaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31