Gürcüstan parlamentinin sədri: “Yeni ABŞ administrasiyasından doğru nəticələr gözləyirik” – ÖZƏL

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-Gürcüstan münasibətlərinə toxunaraq bildirib ki, yeni administrasiya bu əlaqələrin pozulmasına səbəb olan amilləri düzgün qiymətləndirməlidir.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa hazırdır. O, əvvəlki administrasiyanın Gürcüstan xalqına qarşı yol verdiyi addımları qəbul edərək üzr istəməli olduğunu dəfələrlə vurğuladığını xatırladıb.

"Biz əvvəlki administrasiyaya iradlarımızı bildirirdik və bu iradlar indiki administrasiya tərəfindən təsdiqləndi. Yeni administrasiya keçmiş prezidentə, keçmiş dövlət katibinə və digər yüksəkvəzifəli şəxslərə sanksiyalar tətbiq etdi, onların əvvəllər əldə etdikləri məlumatlara çıxışını məhdudlaşdırdı. Bayden, Blinken və digər rəsmilərə qarşı sanksiyalar tətbiq olundu. Yeni administrasiyadan gözləntimiz odur ki, baş verənləri düzgün təhlil etsinlər. Hər şey ortadadır, əlavə izaha ehtiyac yoxdur. Artıq sübut olunub ki, ABŞ-nin bəzi təşkilatları Gürcüstana qarşı fəaliyyət göstərib. İndi əsas məsələ doğru nəticələr çıxarmaqdır", - deyə Papuaşvili vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31