Putin və Tramp yaxın günlərdə telefonla danışa bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin Avropa mənbələrinə istinadla verdiyi məlumata görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp bu həftənin sonunda və ya gələn həftənin əvvəlində telefonla danışa bilərlər.

Qeyd olunur ki, bu, onların prezidentlik dövründə üçüncü telefon danışığı olacaq. Birinci danışıq 12 fevralda baş tutub, burada Ukrayna böhranı müzakirə olunub və şəxsi görüş ehtimalı gündəmə gəlib. İkinci danışıq isə 18 martda olub - tərəflər enerji infrastrukturuna qarşı hücumların 30 gün müddətinə dayandırılması barədə razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31