Tramp İrana birbaşa danışıqlar təklif edir- ÖZƏL
4 Aprel 12:16 DünyaABŞ Prezidenti Donald Tramp, İranın nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlara başlamağa razı olacağına inandığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, prezident təyyarəsində jurnalistlərlə söhbətində danışıb. Trampın sözlərinə görə, İran əvvəlcə yalnız dolaylı danışıqları qəbul etsə də, indi birbaşa müzakirələrə açıq ola bilər.
Tramp, birbaşa danışıqların daha sürətli və tərəflərin mövqelərini daha yaxşı başa düşməyə imkan verdiyini vurğulayıb. O, əlavə edib ki, bu, vasitəçilər vasitəsilə danışıqlardan daha effektlidir.
Daha əvvəl, Tramp İrana nüvə proqramı ilə bağlı danışıqlar başlamağa və razılığa gəlməyə çağırmış, Tehrana bombardman və əlavə vergilər tətbiq etmək hədəsi etmişdi.
Prezident həmçinin İranın Ali Rəhbəri Ayətullah Əli Xameneichr("39")ye məktub göndərmişdi. İran isə cavabında, ABŞ-ın maksimum təzyiq siyasəti və güc istifadə etmə təhdidləri ilə birbaşa danışıqlara girməyəcəyini bildirib, lakin vasitəçilər vasitəsilə danışıqlara açıq olduqlarını açıqlayıb.