SBU Zalujnını həbs etməyə cəhd edib: Ukraynada yeni qalmaqal– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynada yayılan iddialara görə, 2023-cü ildə SBU-nun xüsusi təyinatlıları Silahlı Qüvvələrin baş qərargahına basqın edərək baş komandan Valeri Zalujnını saxlamağa çalışıblar. Hadisənin NATO nümayəndələrinin gözü qarşısında baş verdiyi bildirilir.

Keçmiş komandir Sergey Krivonos və sabiq deputat Borislav Bereza əmrin Prezident Ofisindən gəldiyini, arxasında isə Zelenskinin dayandığını deyirlər. Zelenskiyə yaxın qurumlar isə iddiaları təkzib edir.

İddialar Zalujnının mümkün prezident namizədliyi fonunda gündəmə gəlib. Sorğular onun Zelenskiyə qalib gələ biləcəyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31