Trampın rüsumları milyarderlərə bir gündə 208 milyard dollara başa gəlib– ÖZƏL
4 Aprel 10:39 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bütün ölkələrə qarşı tətbiq etdiyi yeni idxal rüsumları nəticəsində dünyanın ən zəngin 500 şəxsi bir gün ərzində ümumilikdə 208 milyard dollar itirib. Bu, Bloomberg Billionaires Index tarixində qeydə alınan ən böyük azalmalardan biridir.
Ən çox zərər görənlər arasında Mark Zukerberq - 17,9 milyard, Ceff Bezos - 15,9 milyard və İlon Mask - 11 milyard dollar itkisi ilə ön sıralardadır. Yeni rüsumlar Avropa mallarına 20%, Çinə 34%, Hindistana 26%, Cənubi Koreyaya 25%, Yaponiyaya 24% və avtomobillərə 25% səviyyəsində müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31