Paşinyan Parisə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüzar səfərdə olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat verib.

Paşinyan süni intellektə həsr olunmuş sammitdə iştirak edəcək.

Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında da görüş nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31